Məxfi Xidmət Baydenə sui-qəsdin qarşısını aldı
29-01-2022, 15:27

ABŞ-ın Kanzas ştatının sakini prezident Co Baydeni sui-qəsdlə hədələyib. O, bu səbəbdən saxlanılıb. AzVision.az xəbər verir k, bu barədə "Daily Beast" məhkəmə sənədlərinə istinadən məlumat yayıb. Nəşr yazır ki, saxlanılan Skott Merriman adlı şəxs deyir ki, guya Tanrı ona Vaşinqtona getməyi və “millətin ürəyindəki ilanın başını kəsməyi” əmr edib.
“New York Post” qəzeti isə yazır ki, Kanzas polisi əvvəllər Məxfi Xidmətə məlumat ötürübmüş ki, Merriman onlara zəng edərək “prezidenti görmək” üçün Vaşinqtona yollandığını deyib. O, hüquq-mühafizə orqanlarının nümayəndələrinə Baydenə insanların "ölkədəki parçalanmadan bezdiyini və Allaha müraciət etməsini" söyləmək üçün Ağ Evə getdiyini deyibmiş. Merriman həmçinin Facebook səhifəsində hədələyici paylaşımlar edibmiş.
Gizli Xidmət əməkdaşları çərşənbə günü Merrimanı avtomobillə Kanzasdan Merilend ştatına gdərkən restoranın dayanacağında saxlayıblar.
Onda silah və hədəfləri müşahidə etmək üçün optik cihaz aşkar edilib.
“New York Post”un məlumatına görə, cümə günü Merrimana qarşı cinayət işi açılıb.