ABŞ-dan UKRAYNAYA SİLAH DAŞIYAN 45 TƏYYARƏ GƏLDİ! - Hansı silahları göndərib?

29-01-2022, 16:47           
ABŞ-dan UKRAYNAYA SİLAH DAŞIYAN 45 TƏYYARƏ GƏLDİ! -
ABŞ-dan Ukraynaya Amerika istehsalı silahlar daşıyan 45 təyyarə gəlib. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-dan 200 milyon dollar məbləğində əlavə maddi-texniki yardımın tədarükü 45 təyyarə ilə həyata keçirilib”, – nazirlikdən bildirilib.

Məlumata görə, hərbi yardıma müdafiə vasitələri daxildir: döyüş sursatı, hücum sistemlərinə qarşı silahlar, tank əleyhinə sistemlər və atıcı silahlar.

Ukrayna Müdafiə Nazirliyi, Polşa və Baltikyanı ölkələrin də 2022-ci ildə Ukraynaya maddi-texniki yardım göstərmək barədə qərar qəbul etdiklərini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru