ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirməyi planlaşdırır

30-01-2022, 09:56           
ABŞ hipersəs silahlarının yaradılmasını sürətləndirməyi planlaşdırır
Pentaqonun rəhbəri Lloyd Ostin hipersəs silahlarının hazırlanmasının sürətləndirilməsi məqsədilə nəhəng müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşəcək.

APA CNN-ə istinadən xəbər verir ki, dəvət olunanlar arasında “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing”, “Leidos”, “Aerojet Rocketdyne”, “BAE Systems”, “L3Harris” və daha 6 şirkətin nümayəndələri iştirak edəcək.

Danışıqlara L.Ostinin müavini Ketlin Hiksin sədrlik edəcəyi gözlənilir. Pentaqon rəhbəri isə əvvəlcə qısa çıxış edəcək.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Aerokosmik Qüvvələrində “Kinjal” hipersəs raketləri ilə təchis edilmiş “MiQ-31K” qırıcılarından ibarət ayrıca aviasiya polku möbcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru