80 yaşlı Mattarella İtaliyanın prezidenti oldu

30-01-2022, 10:15           
80 yaşlı Mattarella İtaliyanın prezidenti oldu
80 yaşlı siyasətçi Sercio Mattarella ikinci müddətə yenidən İtaliya prezidenti seçilib.

Belə ki, bu gün İtaliya parlamentində Prezident seçkilərində səsverməsi baş tutub.

S. Mattarella tələb olunan 505 səs həddini keçməyi bacarıb.

Qeyd edək ki, Sercio Mattarella Palermoda doğulub.

O, 1980-ci illərdə Xristian Demokrat Partiyasının sıralarında fəal siyasi karyeraya başlayıb.

Onun siyasətə gəlməyinin xüsusi tarixçəsi də var.

Belə ki, Sercio Mattarellanın İtaliyada qubernatoru olan qardaşı Piersanti Mattarella 1980-ci ildə mafiya tərəfindən öldürülüb.

Bu hadisəfən sonra hüquq fakültəsini yeni bitirmiş Sercio Mattarella siyasətə üz tutub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru