Baydenin nitqini kəsməsi taleyini həll etdi: Ağ Evin yeni sakini oldu - FOTO

30-01-2022, 10:21           
Baydenin nitqini kəsməsi taleyini həll etdi: Ağ Evin yeni sakini oldu - FOTO
ABŞ prezidenti Co Bayden pişik sahiblənib. Heyvana Uillou ləqəbi verilib.

Bu barədə ABŞ lideri özünün rəsmi “Twitter” hesabından xəbər verib.
“Bayden ailəsinə xoş gəlmisın, Uillou!”, - deyə yazan Ağ Evin rəhbəri yaşıl gözlü boz-ağ zolaqlı pişiyin şəklini paylaşıma əlavə edib.

KİV-in məlumatına görə, pişiyin iki yaşı var. Məlumata görə, prezident cütlüyü heyvanı birinci xanımın məmləkəti Uillou Qrouvun şərəfinə adlandırıb.

Cill Baydenin sözçüsü Maykl Larozanın sözlərinə görə, prezident ailəsinin Uillou ilə ilk görüşü hələ 2020-ci ildə Pensilvaniyada baş tutub. Həmin vaxt pişik səhnəyə atılaraq Co Baydenin seçkiqabağı nitqini kəsmişdi.

O da qeyd olunur ki, Uillou Ağ Evdə son 13 ildə ilk pişikdir. Əvvəllər orada ABŞ-ın keçmiş prezidenti Corc Buşa məxsus “İndia” ləqəbli pişik yaşayırdı. O, 2009-cu ildə ölüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru