Moskvada miqrantların qeydiyyat qaydaları dəyişə bilər

30-01-2022, 18:27           
Moskvada miqrantların qeydiyyat qaydaları dəyişə bilər
Moskva prokuroru Denis Popov hesab edir ki, şəhərdə miqrantların genetik qeydiyyatı tətbiq edilməlidir.

Onun sözlərinə görə, deportasiya edilən əcnəbilərin çoxu vətənlərində sənədlərini dəyişərək Rusiyaya qayıdırlar. Təkcə ötən il 800 belə hal müəyyən edilib.

Bu səbəbdən də, paytaxt prokuroru miqrantların genetik qeydiyyatının lehinə çıxış edib. Onun sözlərinə görə, yalnız genetik qeydiyyat vəziyyəti dəyişə bilər.

Popov hesab edir ki, genetik qeydiyyat digər məsələlərlə yanaşı, cinayətlərin, o cümlədən bir neçə il əvvəl törədilmiş cinayətlərin açılmasına da kömək edəcək.

Mənbə: smotrim.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru