Britaniya XİN başçısı: "Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq"

30-01-2022, 18:25           
Britaniya XİN başçısı: "Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq"
"Gələn həftə Rusiyaya qarşı sanksiyalarla bağlı təkmilləşdirilmiş qanunvericilik elan edəcəyik".

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Tras "Sky News" kanalına müsahibəsi zamanı deyib.

Rusiyaya qarşı iqtisadi sanksiyaların necə genişləndirilə biləcəyi ilə bağlı ətraflı məlumat verən xarici işlər naziri bildirib ki, hökumət Kreml üçün əhəmiyyət kəsb edən istənilən şirkəti hədəfə almaq istəyir.

Nazir bildirib ki, onların bir nömrəli prioriteti Rusiyanı Ukraynanı işğal etməkdən çəkindirməkdir:

“Vladimir Putinin oliqarxları və Rusiya dövlətinin dəstəklənməsi ilə məşğul olan rus şirkətləri üçün gizlənəcək yer qalmayacaq”.

Liz Trass onu da vurğulayıb ki, bu Rusiya üçün asan olmayacaq.(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru