"ABŞ ordunu Şərqi Avropaya yox, Meksika ilə sərhədə göndərməlidir" - Tramp

31-01-2022, 03:32           
"ABŞ ordunu Şərqi Avropaya yox, Meksika ilə sərhədə göndərməlidir" - Tramp
Birləşmiş Ştatların Prezidenti Co Bayden əsgərləri qeyri-leqal miqrantlardan sərhədləri qorumaq üçün göndərməlidir, Şərqi Avropaya yox.

Belə bəyanatı eks-prezident Donald Tramp yanvarın 29-da səsləndirib.

«Hər şeydən əvvəl bizim liderlər başqa ölkələrə soxulmaqdan danışmaq əvəzinə, onlara bizim ölkəmizə soxulmanı dayandırmaq lazımdır… Hər şeydən əvvəl Co Bayden hansısa ordunu Şərqi Avropa sərhədinə göndərmək əvəzinə, hərbçiləri bizim burada - Texasda sərhədimizi qorumağa göndərməlidir» - o, Konro şəhərində (Texas) öz tərəfdarlarının mitinqində bəyan edib.

Beləliklə, Tramp Baydenin yaxın zamanlarda NATO üzvü olan kiçik ordu kontingentini Şərqi Avropa ölkələrinə göndərmək barədə bəyanatına reaksiya verib.

«Onlar gənc amerikalıları xaricə, uzaq xarici ölkələrə döyüşmək və ölmək üçün göndərirlər, eyni vaxtda bizim öz sərhədlərimizi qeyri-leqal miqrantların soxulması üçün taybatay açırlar» - eks-prezident deyib.

O, əlavə edb ki, Baydenin idarəçiliyi ili ərzində 5 milyon insan cənub sərhədi üzərindən ABŞ-a qeyri-qanuni soxulub.

«İndi bütün planet buradan soxulur, sanki Amerika döyüş meydanında məğlub olub» - keçmiş ABŞ lideri qəzəblənib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru