Qərb Ukraynaya 1,5 milyard dollarlıq hərbi yardım göndərib
9-02-2022, 18:58
Tərəfdaş ölkələr Ukraynaya ümumilikdə 1,5 milyard dollar məbləğində hərbi yardım göstəriblər və bu yardımlar davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal ölkə hökumətin fevralın 9-da keçirilən iclasında bildirib.
“Tərəfdaşlarımız Ukraynaya təxminən 1,5 milyardlıq hərbi yardım göndəriblər, daha bir sıra ölkələr hərbi və maliyyə yardımı təqdim etmək imkanlarını nəzərdən keçirirlər”, - Denis Şmıqal belə deyib.
Baş nazir Ukraynanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə verilən əhəmiyyətli töhfəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür edib.