Şimali Koreyada maraqlı və inanılmaz — QANUNLAR

8-04-2016, 22:07           

Qeyri-rəsmi şəkildə Şimali Koreya adlanan Koreya Xalq Demokratik Respublikası qanunları və dövlət başçısı ilə dünyanın diqqət mərkəzindədir.

2009-cu ildə Şimali Koreya Konstitusiyasında insan haqlarının qorunmasının zəruriliyi vurğulanır. Lakin görünür bu qanun formal xarakter daşıyır. Burada konstitusiyada ifadə və mətbuat azadlığı qeyd olunsa da, praktikada tətbiq olunmur. Mətbuat azadlığının vəziyyətinə görə Şimali Koreya 178 dövlət içində yalnız Eritreyanı qabaqlayaraq 177-ci yerdədir.

Şimali Koreyada 3 telekanal fəaliyyət göstərir. İkisi həftə sonları, biri isə yalnız axşam vaxtları efirə çıxır. Bu kanallardan başqa kanallara baxmağın cəzası ölümdür. Təkcə son iki ildə 30-40 insan Cənubi Koreya kanallarına baxdığı üçün hərkəsin gözü önündə edam edilib.

Rəsmi olaraq Şimali Koreyada din azadlığı qeyd olunsa da, burada insanlar inanclarına görə zorakılığa məruz qalırlar. 2013-cü ildə 80 nəfər Bibliya kitabına sahib olduğuna görə edam olunub.

Bütün dünyaya qapalı olan bu ölkədə insanların Bibliya kitabına necə sahib olması faktı da çox maraqlıdır. Belə ki, adı bəlli olmayan şirkətlərin təşkil etdiyi təyyarələr şəhərlərin üzərindən keçərkən kitabları paraşütlə buraya atırlar. Bu qanunsuz təxribatla əlaqəsi olan, hətta kitablara toxunan hər kəs ölüm hökmü ilə cəzalandırılır.

Spirtli içkilərdən isə yalnız xüsusi bayram günlərində istifadə etməyə icazə verilir.

Burada məntiqə sığmayan qanunlardan biri də evdə it saxlanılması ilə bağlı olan qadağadır.

Şimali Koreyada qadınların saç uzatması qadağandır. Saç stilləri Kim Çen İn tərəfindən şəxsən seçilən, qadınlar üçün 18, kişilər üçün isə 10 növdən ibarət olan saç stilləridir.

Ölkədən çıxmaq kimi ölkəyə girmək də az qala mümkünsüzdür. Əgər bu ölkəyə səyahət etmək istəsəniz bütün mövcud olan icazələri almaq üçün külli miqdarda pula sahib olmalısınız. Buna müvəffəq olsanız belə yalnız dövlətin müəyyən etdiyi marşrut üzrə, iki nəfər nəzarətçinin müşayətində "səyahət" edə bilərsiniz.

Məlumatlara görə buradakı əhalinin savadlılıq dərəcəsi 100%-dir. Bu isə Amerika və Böyük Britaniyanın səviyyəsi ilə eynidir. Onu da deyək ki, savadlılıq dərəcəsi "Kim Çen İn" yazısını yazmaqla müəyyən edilir.

2012-ci ildə Şimali Koreya arxeoloqları dünyaya təkbuynuzlu atın yuvasını tapdıqlarını elan ediblər. Onlara görə, həmin at 2000 il əvvəl Koreyanın əfsanəvi kralı Tongmyung tərəfindən çapılırmış.

Şimali Koreya ilə Cənubi Koreya 5 min ildən çox kökü olan eyni millətdir. Onlar eyni tarixə, eyni dilə və eyni mətbəxə sahibdirlər. Şimali Koreyada hər 5 ildən bir prezident seçkiləri keçirilir. Seçkilərə getmək məcburidir və seçki bülletenində yalnız 1 namizəd olur.

Elektrikə qənaət etmək üçün yollarda çox vaxt işıqforlardan yox, nəqliyyatı idarə edən qadınlardan istifadə edilir.

Ölkədə qanun pozuntusuna yol vermiş vətəndaş ən yaxşı halda ağır işgəncələrlə müşahidə olunan cəza çəkmə düşərgələrinə göndərilir. Bu şəxsin bütün ailə üzvləri 3 nəsil davam etməklə nəzarətə götürülərək daimi təzyiqlərə məruz qalır.

Hər evdə dövlət tərəfindən nəzarət olunan radiolar var, hansı ki, onların söndürülməsi qəti qadağandır.

Şimali Koreya xalqının internete çıxışı olmadığından dünya ilə əlaqəsi kəsilmiş hesab etmək olar. Belə ki, onlar hələ də insanın aya uçması kimi bir çox elmi-texniki yeniliklərdən xəbərsizdirlər.

Şimali Koreyada yalnız müəyyən dövlət işçilərinin motorlu nəqliyyat vasitələri ola bilər.

Burada həftənin 6 günü iş günüdür və yeddinci gün könüllü kimi işləməlisən.

Dövlətin "araşdırmalarına" əsasən Şimali Koreya xoşbəxtlik səviyyəsinə görə dünyada ikinci yerdədir.

Şimali Koreyanın qurucusunun adı Kim Son Cu olub, lakin o bu adı "günəş olmaq" mənasını verən Kim İr Sen adı ilə əvəz edib.

Onun nəvəsi və hazırki prezident olan Kim Çen İr isə "rəsmi məlumata" görə göydə yeni ulduz yaranan anda, iki göy qurşağı altında dünyaya gəlib.

Onun şəxsi bioqrafiyasına əsasən doğulduqdan 3 həftə sonra gəzməyi, 8 aylığında isə danışmağı öyrənib.

Şimali Koreyada indi 2016-cı il deyil. Çünki burada tarix Kim İr Senin doğum günündən hesablanır və hal-hazırda burada 104-cü ildir.

Qeyd edək ki, Şimali Koreyanın qurucusu Kim Ir Senin doğum günü “Titanik”in batdığı günə təsadüf edir.

Hazırkı prezident Kim Çen İr üçün isə deyəsən edamlar artıq adi hal kimi görünür. Belə ki, o, 15 musiqiçini onun özü və ailə həyatı haqqında artıq-əskik söz danışması iddiası ilə edam etdirib.

Kim Çen İnin təşkil etdirdiyi dəhşətli edamlardan biri müdafiə naziri Xen Yon Çxolun zenit topu ilə yaxın məsafədən vurulması olub. Qeyd edək ki bu kadrlar youtube portalında böyük səs-küyə səbəb olub.

Kim Çen İnin əmisini itlərə yedizdirməsi, islahatlar zamanı ümumilikdə 200 məmuru edam etdirməsi və edamların hamısında şəxsən iştirak etməsi ilə bağlı məlumatlar hələ də gündəmin mövzularındandır.

Prezident Kim Çen In 5 yaşında olarkən qardaşını üzgüçülük hovuzunda boğaraq öldürüb.

Koreyanın dünyada ən yoxsul ölkələr sırasında olmasına baxmayaraq prezident ailə üzvlərinin və özündən əvvəl Şimali Koreyaya rəhbərlik edən atası və babasının ad günlərini geniş tədbirlə keçirir. Hər üç diktatorun doğum günü ölkədə milli bayram hesab olunur və təkcə Kim Ir Senin yüz illik yubileyinə həsr olunmuş tədbir üçün 2 milyard dollar xərclənib.olke.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.