Ukraynada gömrük prosedurları sadələşdirilir

19-03-2022, 09:28           
Ukraynada gömrük prosedurları sadələşdirilir
Mallar sərhəddən maneəsiz keçəcək

Ukrayna hökuməti gömrük prosedurlarını mümkün qədər sadələşdirmək qərarına gəlib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

“Hökumət bütün gömrük prosedurlarını mümkün qədər sadələşdirmək qərarına gəlib. Məqsədimiz dünyada ən sürətli gömrüyü yaratmaqdır. Gömrükdə sənədləşmə aparılmadan, ƏDV, rüsum olmayan bir keçid istəyirik",- deyə Şmıqal bildirib.

Onun sözlərinə görə, mallar sərhəddən maneəsiz keçəcək.

“Ukraynaya heç bir gömrük rəsmiləşdirilməsi olmadan mal idxal etmək, bəyannaməni əvvəlcədən doldurmaq və maşınların sürətli keçidini istəyirik. Yük heç bir maneə olmadan sərhədi keçəcək”, - deyə Baş nazir bildirib.

Şmıqal ümid etdiyini bildirib ki, Ali Rada tez bir zamanda Ukraynaya gedən bütün malları gömrük rüsumlarından və ƏDV-dən azad edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru