Asiyanın daha bir ekzotik ölkəsi turistlər üçün qaydaları yumşaltdı - FOTO

19-03-2022, 09:47           
Asiyanın daha bir ekzotik ölkəsi turistlər üçün qaydaları yumşaltdı - FOTO
Tayland hakimiyyəti aprelin 1-dən etibarən krallığa girmək üçün lazım olan məcburi PCR testini ləğv etməyi planlaşdırır.

Bu barədə ölkə XİN-dən bildirilib.


Bundan başqa, ölkəyə girdikdən sonra karantin müddəti 10 gündən 5 günə endirilib.

Qeyd edək ki, hökumətin planlarına görə, iyulun 1-dən tam peyvənd olunmuş səyahətçilər heç bir koronavirus testindən keçmədən Taylanda daxil ola biləcək. Peyvənd olunmayan turistlər isə antigen testindən keçməli olacaqlar.

Xatırladaq ki, bundan əvvəl Vyetnam hökuməti ölkəyə giriş şərti kimi COVID-19 peyvəndi pasportlarının istifadəsini, habelə məcburi karantin və ya özünütəcridi ləğv edib.


Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru