Əfqanıstanda bütün xarici serialların yayımı qadağan edildi

19-03-2022, 10:44           
Əfqanıstanda bütün xarici serialların yayımı qadağan edildi
Əfqanıstanda hakim “Taliban” hərəkatı ölkədə istənilən xarici teleserialın nümayişini rəsmən qadağan edib.

Əfqanıstanda əvvəllər əsasən Hindistan və Türkiyədən seriallar yayımlanırdı. Bu seriallar həmin ölkələrin musiqiləri kimi Əfqanıstanda böyük tamaşaçı auditoriyası toplamışdı.

Talibançılar açıq şəkildə bildirib ki, dari və puştu dillərinə (Əfqanıstanda ən çox yayılmış dillər - red.) tərcümə edilmiş hər hansı xarici serialın nümayişi dayandırılsın. Bildirilib ki, qadağanın pozulması halında heç bir bəhanə qəbul edilməyəcək.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru