"Rus biznesmenlərə qarşı sanksiyalar ləğv edilməyəcək" - Tras

19-03-2022, 11:35           
"Rus biznesmenlərə qarşı sanksiyalar ləğv edilməyəcək" - Tras
Rusiyalı iş adamlarına qarşı tətbiq edilən sanksiyalar ləğv edilməyəcək. AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Tras “Times” qəzetinə müsahibəsində məlumat verib. - Bu, son dərəcə çətindir (sanksiyaların ləğvini təsəvvür etmək - red.). Bu oliqarxlar Vladimir Putinə öz gördüyü işləri davam etdirməyə imkan veriblər, - Tras nəşrə müsahibəsində deyib.

O, həmçinin Londonun “Çelsi” futbol klubunun sahibi olan rusiyalı iş adamı Roman Abramoviçin heç vaxt Böyük Britaniyaya qayıda bilməyəcəyi barədə də fikir səsləndirib.
Trasın sözlərinə görə, hazırda mindən çox Rusiya vətəndaşı və biznesi sanksiyalar altındadır. Çoxlu sayda rusiyalı siyasətçi, məmur və sahibkarın Britaniyaya girişi qadağan edilib və məhdudlaşdırıcı tədbirlərə ölkədəki hesabların dondurulması da daxildir.

Xatırladaq ki, Britaniya Moskvanın "LXR" və "DXR"in müstəqilliyini tanıması ilə əlaqədar bir sıra Rusiya banklarına və iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Sonra London tətbiq edilən məhdudiyyətlər siyahısını Ukraynada aparılan hərbi əməliyyatlara görə bir neçə dəfə genişləndirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru