Kanada ukraynalı qaçqınlara yardım sistemi hazırlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya naziri Şon Freyzer məlumat verib.
O bildirib ki, bu sistemə əsasən Ukrayna vətəndaşları sürətləndirilmiş viza ala və üç ilədək ölkədə qala bilərlər.
Proqramın məqsədi Rusiyanın hücumu nəticəsində ölkəsini tərk etmək məcburiyyətində qalan qeyri-məhdud sayda Ukrayna vətəndaşına sığınacaq verməkdir.
Kanada Sərhəd Xidmətləri Agentliyinin məlumatına görə, fevralın 21-dən martın 13-dək ölkəyə 3368 Ukrayna vətəndaşı daxil olub. Onlardan 2515-i hava yolu ilə gəlib.