Belçika nüvə enerjisindən imtinanı təxirə salıb 20-03-2022, 00:06 Belçika hökuməti nüvə enerjisindən imtinanı 6 il təxirə salıb.APA-nın “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb Ukrayna münaqişəsi fonunda enerji qiymətlərinin kəskin artmasıdır.Ölkə 10 il əvvəl nüvə enerjisindən imtina üzrə proqram qəbul etmişdi. Proqramda son müddət 2025-ci il müəyyən olunmuşdu.Qeyd edək ki, hazırda Belçikada 6 AES fəaliyyət göstərir. Facebook-da paylaş