Əlcəzair bu ölkədəki səfirini geri çağırdı

20-03-2022, 00:04           
Əlcəzair bu ölkədəki səfirini geri çağırdı
Əlcəzair İspaniya hökumətinin Qərbi Sahara məsələsində mövqeyində kəskin dəyişikliyə işarə edən bəyanatlarından sonra Madriddəki səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmaq qərarına gəlib.

Cebhe.info xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.

Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançes Mərakeş kralı VI Məhəmmədə məktub göndərib və orada rəsmi Madridin “Mərakeş üçün Sahara probleminin əhəmiyyətini qəbul etdiyini” qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, “İspaniya 2007-ci ildə təqdim edilmiş muxtariyyətlə bağlı Mərakeş təşəbbüsünü (Saxara regionlarının - Red) bu mübahisəli məsələnin həlli üçün ən ciddi, real və etibarlı əsas hesab edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru