Çindən NATO və ABŞ-a ÇAĞIRIŞ
20-03-2022, 10:53

Çin hakimiyyəti ABŞ və NATO-nu həm Ukraynadakı vəziyyət, həm də ümumilikdə təhlükəsizlik mövzusunda Rusiya ilə dialoqa çağırıb.
Teref.az bizimyol.info-ya istinadla xəbər verir ki, bu bəyanatla Çinin xarici işlər nazirinin müavini Le Yuçenq çıxış edib.
"ABŞ və NATO Ukrayna böhranının mahiyyətini müzakirə etmək üçün Rusiya ilə dialoq qurmalıdır. Həm Rusiya, həm də Ukraynanın təhlükəsizliyi ilə bağlı narahatlığı aradan qaldırmaq lazımdır", - deyə o qeyd edib.
Yuçenqin sözlərinə görə, NATO mövcudluğunu dayandırmaq əvəzinə güclənməyə və genişlənməyə davam edib.
"Alyans Yuqoslaviya, İraq, Suriya və Əfqanıstan kimi ölkələrdə münaqişələrdə iştirak edib. Bu münaqişələr üzərindən təşkilatın hadisələrə təsir gücünün nəticələrini proqnozlaşdırmaq çətin deyil. Ukrayna böhranı da məhz bu amillərlə bağlı xəbərdarlıq peridmeti sayıla bilər", - o əlavə edib.