Britaniya kəşfiyyatı: Rusiya Ukrayna hava məkanına tam nəzarət etmir

20-03-2022, 12:55           
Britaniya kəşfiyyatı:
Böyük Britaniya hərbi kəşfiyyatı Rusiyanın hələ də Ukrayna hava məkanına tam nəzarəti təmin edə bilmədiyini açıqlayıb.

ONA-nın xəbərinə görə, Britaniya kəşfiyyatı Ukrayna Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının Ukraynanın hava məkanının effektli müdafiəsini təmin etdiyini bildirib.

Qeyd edilib ki, Rusiyanın ilk gündən əsas məqsədlərindən biri Ukraynanın hava məkanına tam nəzarəti təmin etmək olsa da, indiyə qədər bunu təmin edə bilməyib. Bu da Rusiya qoşunlarının operativ hərəkətini ləngidir. Britaniya kəşfiyyatı məhz buna görə də Rusiyanın Ukraynaya zərbələrin əhəmiyyəti qismini öz ərazisindən həyata keçirdiyini nəzərə çatdırıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 19-da Rusiyanın 3 hərbi vertolyotunun vurulduğu barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru