AB ölkələrinin xarici işlər və müdafiə nazirləri toplanır

20-03-2022, 12:46           
AB ölkələrinin xarici işlər və müdafiə nazirləri toplanır
Martın 21-də Avropa Birliyi (AB) Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.

Axar.az xəbər verir ki, Ukrayna böhranı və digər regional məsələləri müzakirə etmək üçün AB ölkələrinin xarici işlər və müdafiə nazirləri bir araya gələcək.

Bildirilir ki, iclasa Ukrayna müdafiə naziri Aleksey Reznikov videokonfrans vasitəsilə qoşulacaq. O konfrans iştirakçılarına Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı məlumatları çatdıracaq.

İclasın Ukrayna ilə bağlı hissəsində AB müdafiə nazirləri Ukraynanın hərbi ehtiyaclarını müzakirə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru