Fransadakı milyardlarla Rusiya aktivləri donduruldu

20-03-2022, 23:01           
Fransadakı milyardlarla Rusiya aktivləri donduruldu
Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avro vəsaitini, eləcə də sanksiyalara məruz qalan fiziki şəxslərin hesablarındakı təxminən 150 milyard avronu bloklayıb. Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire məlumat verib.

Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. Həmin xəbərə görə, Le Maire RTL radiosunda çıxışı zamanı deyib: “Biz Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurduq. Biz həmçinin Fransa qurumlarındakı fiziki şəxslərin hesablarındakı 150 milyard avro məbləğində vəsaiti də dondurduq. Bundan başqa, Fransada dəyəri 500 milyon avrodan çox olan daşınmaz əmlak da həps qoyulub”.

Qeyd edək ki, 31 mart 2021-ci il tarixinə Rusiya Bankının aktivlərinin coğrafi bölgüsünə dair məlumatlara görə, ümumi aktivlərin 13% -i Fransada saxlanılır. Mərkəzi Bankın 21,5%-i (ən böyük payı) qızıl qismində, daha 14,2%-i (ikinci ən böyük pay) isə Çində saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru