"Bayden Ukraynaya səfər etməyi planlaşdırmır" - Linda Tomas-Qrinfild

21-03-2022, 00:00           
"Bayden Ukraynaya səfər etməyi planlaşdırmır" -
“ABŞ Prezidenti Co Bayden gələn həftə Avropaya səfəri çərçivəsində Ukraynaya səfər etməyi planlaşdırmır”.

APA xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

“Mən bildiyimə görə, belə plan yoxdur. Prezident Avropaya bizim tərəfdaşlarımız və müttəfiqlərimizlə görüşə gedir. Mən Prezidentin Ukraynaya səfəri ilə bağlı heç bir müzakirə görmədim”,- deyə Linda Tomas-Qrinfild müsahibəsində bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki də Baydenin Ukraynaya səfəri planının olmadığını deyib.

“Biz bu gün Prezidentin Avropaya səfərinin əlavə təfərrüatlarını açıqlayacağıq. Səfər Ukrayna xalqına dəstək üçün dünyanı birləşdirməyə davam etməyə həsr olunacaq. Lakin Ukraynaya səfər etmək planı yoxdur", - deyə Psaki "Twitter" səhifəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru