Ukrayna ilə həmsərhəd Slovakiyaya NATO hissələri gətirilməyə başlayıb

21-03-2022, 00:39           
Ukrayna ilə həmsərhəd Slovakiyaya NATO hissələri gətirilməyə başlayıb
Patriot hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə cavabdeh NATO hissələrinin ilk dəstələri Slovakiyaya gətirilib.

“Mən təsdiq etməyə şadam ki, bu hissələr tədricən Slovakiya Respublikasına köçürülürlər. Proses yaxın günlərdə davam edəcək”, – ölkənin müdafiə naziri Yaroslav Nad deyib. “Slovakiyanın müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirmək barədə müraciətimizə belə məsuliyyətlə yanaşdıqlarına və həqiqi müttəfiqlik nümayiş etdirdiklərinə görə mən Almaniya və Niderlanda təşəkkürümü bildirirəm”, – nazir əlavə edib.

O söyləyib ki, sistem Slovakiyanın mərkəzində “Sliaç” hərbi-hava bazasında yerləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru