NATO Ukraynaya hərbi dəstəyi artırır

21-03-2022, 11:23           
NATO Ukraynaya hərbi dəstəyi artırır
NATO Ukraynaya hərbi, humanitar və maliyyə sahələrində yardımı gücləndirir.

Bunu alyansın baş katibi Yens Stoltenberq NBC televiziyasına müsahibəsində deyib:

“NATO müttəfiqləri Ukraynaya silah tədarükü, humanitar yardımı, eləcə də onun iqtisadiyyatına milyardlarla dollarlıq yardım vasitəsilə dəstəyini artırır”, - deyə təşkilat rəhbəri bəyan edib.

O, qeyd edib ki, alyansın üzvü olan ölkələr Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edirlər ki, bu da Moskvanın Ukraynaya qarşı əsassız və tamamilə mənasız müharibənin əvəzini ödəməsi məqsədi daşıyır.

Həmçinin, Stoltenberq vurğulayıb ki, NATO Ukraynadakı münaqişənin bu ölkənin hüdudlarından kənara çıxmamasını təmin etmək niyyətindədir. Məhz buna görə də, alyans şərq cinahında qüvvələrini artırıb.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru