Qərb Rusiyanı "ləğv etməyə" çalışır - Kiriyenko

21-03-2022, 11:51           
Qərb Rusiyanı "ləğv etməyə" çalışır - Kiriyenko
Bəzi Qərb liderlərinin sərsəm fikirləri var ki, onlar Rusiyanı “ləğv etməyə” cəhd edə bilərlər. Bu, heç vaxt olmayacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko çıxış edib.

“Ləğv mədəniyyəti Qərbdə populyarlaşıb, bəyənmədiklərini və ya baxışlarına uyğun gəlməyənləri ləğv etməyə çalışırlar. Düşünürəm ki, Qərb liderlərinin bəzilərinin sərsəm fikirləri var ki, onlar Rusiyanı ləğv etməyə cəhd edə bilərlər: onlar rus olmaq hüququnu, rusca danışmaq hüququnu, rus mədəniyyətini sevmək hüququnu ləğv etməyə çalışa bilərlər. Bu, heç vaxt olmayacaq, heç vaxt işləməyəcək”, - Kiriyenko qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru