Rusiyada insanlar panikada - Hökumət məcbur qadağalara getdi

21-03-2022, 17:02           
Rusiyada insanlar panikada -
Rusiyada insanlar panika içindədir. Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəyə qarşı tətbiq edilən sanksiyalar nəticəsində ciddi bahalaşma və qıtlıq yaranıb.

Artıq ölkənin ərzaq və bəzi texnoloji avadanlıqları, xüsusən mobil telefonlar, avtomobillərin qiymətlərində bahalaşma qeydə alınmaqdadır. Bahalaşma və qıtlıq insanlar arasında ciddi panikaya səbəb olub. Panika nəticədə insanlar mağazalara axın edərək bacardıqca daha çox ərzaq məhsulu və lazımı texnoloji avdanlıqlar alırlar. Odur ki, hazırda Rusiyanın bir çox şəhərlərində ərzaq mağazalarında rəflər boşdur.

Bəzi rus mediasının yazdığına görə, Sankt-Peterburqda kağız qıtlığı yarandığından məktəblərdəki imtahanlar təxirə salınıb

İnflyasiyanın sürətlə artması, qiymət bahalaşmasının qarşısını alıb, nəzarətdə saxlamaq üçün Rusiya hökuməti bir sıra addımlar atır. Hətta bəzi məhsulların satışına qadağa və ya məhdudiyyət qoymaq məcburiyyətində qalıb.

RF prezidenti martın 16-dakı çıxışında ölkədə yaranmış iqtisadi çətinliklərin fərqinə olduğunu və bunun nəticəsində məmur və pensiyaçıların maaşının artıracağını bəyan edib.

Prezidentin mətbuat katibi Dmitri Peskov isə martın 18-də verdiyi açıqlamasında bildirib ki, mağazalara axın edib qarabaşaq, şəkər, tualet kağızı almağa heç bir ehtiyac yoxdur.

Rusiya hökuməti şəkərə olan ehtiyacı ödəmək üçün martın 14-dən etibarən xaricə satışına da qadağa qoyub.

Son bir ayda texnoloji avadanlıqlar və avtomobillərin də qiymətində ciddi bahalaşma qeydə alınıb. Avtomobillər 17, televizorlar 22, mobil telefonlar isə 12 faiz bahalaşıb.

İqtisadçılar hesab edir ki, sanksiyalar məhsulların sürətlə bahalaşması, yüksək infilyasiya, sərmayə axını 2022-ci ildə Rusiya iqtisadiyyatını dərin böhrana sürükləməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru