Bu ölkədə yanacaq növbəsində onadək insan ölüb

21-03-2022, 22:27           
Bu ölkədə yanacaq növbəsində onadək insan ölüb
Son 70 ilin ən ağır böhranını yaşayan Şri-Lankada yanacaq böhranı dərinləşib.

Teref.Az APA-ya istinadən bildirir ki, sürücülər saatlarla yanacaqdoldurma məntəqələrinin qarşısında gözləməli olurlar. Eyni hal maye qaz satan məntəqələrdə də müşahidə olunur. Elektrik stansiyaları yanacaq idxal edə bilmədiyi üçün elektrik enerjisi fasilələrlə verilir.

Polisin məlumatına görə son bir neçə gündə yanacaq növbəsində onadək insan həyatını itirib. Onların ölüm səbəbi günvurma olub.

Bundan başqa, ölkədə valyuta qıtlığına görə dərman preparatları və digər zəruri mallar çatışmır. Dəftər və qələm qıtlığına görə orta məktəblərdə buraxılış imtahanları ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru