Baydendən Rusiyaya SƏRT CAVAB: "Lazım gəlsə cavab verəcəyik"
22-03-2022, 08:35
ABŞ prezidenti Co Bayden, Rusiyanın iqtisadi sanksiyalara cavab olaraq ölkəsinin kritik infrastrukturlarına kiberhücum edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Mənim administrasiyam bunun qarşısını almaq üçün lazım gələrsə əində olan hər vasitədən istifadə edəcək” – deyə Bayden bildirib.
KONKRET.az-ın məlumatına görə, prezident vəzifəyə gəldiyi ilk gündən ölkənin kiber təhlükəsizliyini gücləndirmək üçün addımlar atdığını və özəl sahə ilə tərəfdaşlıq qurduqlarını xatırladıb.
“Kkritik infrastrukturların əksəriyyəti özəl sektorun əlindədir və onlar tərəfindən idarə olunur. Kritik infrastruktur sahibləri və operatorları rəqəmsal şəbəkələrini kilidləmək üçün səylərini sürətləndirməlidirlər”- deyə Co Bayden əlavə edib.