ŞOK GƏLİŞMƏ! Almaniya-Qətər razılaşması: Rusiya kənarda qala bilər

22-03-2022, 10:11           
ŞOK GƏLİŞMƏ! Almaniya-Qətər razılaşması:
Almaniya və Qətər energetika sahəsində uzunmüddətli tərəfdaşlıq haqqında danışıqlar aparır. Avropa İttifaqında (Aİ) ən böyük iqtisadiyyata sahib olan Almaniya Rusiyanın enerji resurslarından asılılığını azaltmağı hədəfləyir.

Teref.azTeleqraf.com-a istinadən xəbər verir ki, hər iki ölkənin rəsmiləri uzunmüddətli tərəfdaşlıq üçün danışıqların aparıldığını açıqlayıblar.

Almaniya razılaşmanın əldə olunduğunu bildirsə də, Qətər bununla bağlı açıqlama verməyib.

Almaniya iqtisadiyyat naziri Robert Habek Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkəsinin enerji baxımından Moskvadan asılılığını azaltmaq üçün aktiv səylər göstərir. Almaniya təbii qazının demək olar ki, hamısını Rusiyadan alır.

Qətər Şeyxi Təmim bin Həmədin ofisindən verilən açıqlamada şeyxin dünən Habeki qonaq etdiyi və iki ölkənin xüsusilə enerji sektoru ilə bağlı əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunduğu bildirilib.

Dövlət enerji şirkəti “Qatar Energy”-dən isə deyilib ki, iki ölkə rəsmiləri mayeləşdirilmiş təbii qazın (LNG) uzunmüddətli tədarükü ilə bağlı danışıqları yenidən davam etdirəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru