"Müharibə Putinin sonu olacaq" - "Dəstək çökməyə başlayıb” 23-03-2022, 00:05 “Prezident Vladimir Putin Rusiyaya rəhbərlik etdiyi müddətdə Almaniya-Rusiya münasibətlərinin normallaşmasından söhbət gedə bilməz”.Yenixeber.org: Bunu Bild-ə müsahibəsində Almaniyanın hakim SDP partiyasının baş katibi Lars Klinqbeyl deyib.“Düşünmürəm ki, Vladimir Putinlə normal münasibətlərdə yenidən eyni masa arxasında əyləşəcəyik” – deyə Klinqbeyl əlavə edib.Baş katib Putin dövrünün başa çatmaq üzrə olduğunu da bildirib.“Bu müharibə Putinin sonunu qoydu. Ukraynada dörd həftə davam edən müharibədən sonra Putin hökumətinə dəstək çökməyə başlayıb”. Facebook-da paylaş