Duma Rusiyanın ÜTT-dan çıxmasına baxacaq - Qanun layihəsi təqdim olunub
23-03-2022, 08:40
Dövlət Dumasına Rusiyanın Ümumdünya Ticarət Təşkilatından çıxmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Bu barədə «Rosbalt» xəbər verib.
Qanun layihəsi ilə Rusiya Federasiyasının (RF) ÜTT-a daxil olması barədə Mərakkeş sazişinə əlavə protokolun denons edilməsi nəzərdə tutulur.
Layihə müəllifləri, Dövlət Dumasının deputatları («Spravedlivaya Rossiya») bu qərara ehtiyacın Rusiyanın Ukraynadakı hərbi əməliyatlarına görə Qərbin Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq etməsi səbəbilə və ÜTT üzvlüyündən Rusiyaya gələn «çoxsaylı zərərlə» izah ediblər.
Rusiya Federasiyası ÜTT-a 2012-ci ildə daxil olub. ÜTT-a daxil olma üzv dövlətlərlə uzunmüddətli və mürəkkəb razılaşdırma prosesi ilə müşayiət olunub. Bu məsələdə fikir ayrılığı var.