"Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil” - Zaxarova

23-03-2022, 10:59           
"Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil” - Zaxarova
“Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”.

Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində deyib.

“Biz Yaponiya ilə sülh müqaviləsi imzalamaq istiqamətində danışıqları davam etdirmək niyyətində deyilik. Buna səbəb Tokionun qeyri-dost davranışlarıdır. Tokio bizim maraqlarımıza açıq şəkildə zərbə vurmağa çalışır. Belə bir şəraitdə müvafiq sənədlərin imzalanmasından danışmaq mümkün deyil”, - XİN rəsmisi deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Yaponiya rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Moskva Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru