NATO: Rusiya ordusu Ukraynada 40 min nəfərədək itki verib

24-03-2022, 08:07           
NATO: Rusiya ordusu Ukraynada 40 min nəfərədək itki verib
NATO nümayəndəsi brifinqdə bildirib ki, Rusiya ordusundan Ukraynada həlak olanların sayı 7-15 min nəfərdir.

Yaralılar, itkin düşənlər və əsir götürülənləri də hesablamaqla, Rusiya ordusunda ümumilikdə 40 min nəfərədək şəxs sıradan çıxmış ola bilər.

Bu barədə "Amerikanın Səsi” xəbər portalının müxbiri Ceff Seldin bildirib.

Onun sözlərinə görə, bu barədə NATO-da jurnalistlər üçün keçirilən rəsmi brifinqdə anonimlik şərti ilə bildirilib.

Qeyd olunur ki, bu məlumat Ukrayna kəşfiyyatına və NATO müşahidələrinə əsaslanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru