Rusiya Mərkəzi Bankının rəhbəri istefa verdi - Lakin Putin buraxmadı və ölkədən çıxışına qadağa qoydu

24-03-2022, 08:38           
Rusiya Mərkəzi Bankının rəhbəri istefa verdi - Lakin Putin buraxmadı və ölkədən çıxışına qadağa qoydu
Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tutduğu vəzifədən istefa verib. Ancaq Rusiya Prezidenti Vladimir Putin onu buraxmayıb və ölkədən çıxışını qadağan edib.

TNS xəbər verir ki, bu barədə dörd məlumatlı həmsöhbətinə istinadən “Bloomberg” məlumat yayıb.

Nabiullina 9 ildir ki, Rusiya Mərkəzi Bankının rəhbəridir. Ölkənin Ukraynaya təcavüzündən sonra sanksiyalarla məhv edilmiş Rusiya iqtisadiyyatına məcburi şəkildə rəhbərlik edəcək.

Agentliyin həmsöhbətləri bildiriblər ki, istefa indi onun iyirmi ilə yaxındır, birgə işlədiyi Putin tərəfindən xəyanət kimi qiymətləndiriləcək.

Nabiullina yenidən təyinatı ilə bağlı ictimaiyyətə açıqlama verməyib və “Bloomberg”in sualını cavablandırmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru