BMT TŞ Ukrayna ilə bağlı qətnaməni qəbul etmədi

24-03-2022, 08:46           
BMT TŞ Ukrayna ilə bağlı qətnaməni qəbul etmədi
BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsini dəstəkləməyib.

Rusiya və Çin layihənin lehinə səs verib.

Təhlükəsizlik Şurasının heç bir üzvü sənədin əleyhinə səs verməyib. TŞ-nin digər 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) bitərəf qalıb.

Qətnamə qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin veto hüququndan istifadə etməməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzu (beşi daimi və on qeyri-daimi) tərəfindən dəstəklənməlidir.

Qeyd edək ki, sənəddə bütün tərəflərə mülki əhalinin müdafiəsini təmin etmək və mülki obyektlərə hücum etməmək çağırışı öz əksini tapıb. Həmçinin, qətnamə layihəsində BMT-nin humanitar işlərinin maliyyələşdirilməsinin təmin edilməsinin zəruriliyi qeyd edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru