Zelenski Fransanın ikiüzlülüyünü elə Fransa parlamentində ifşa etdi - Rusiyanı maliyyələşdirməyi dayandırın

24-03-2022, 10:58           
Zelenski Fransanın ikiüzlülüyünü elə Fransa parlamentində ifşa etdi - Rusiyanı maliyyələşdirməyi dayandırın
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Fransanın “Renault”, Auchan və “Leroy Merlin” şirkətləri “Rusiyanın müharibəsinə sponsorluq etməyi” və “qadın və uşaqları öldürməsi” üçün Rusiyanı maliyyələşdirməyi dayandırmalıdır.

Videokonfrans vasitəsilə Fransa parlamentinə müraciətində Fransa şirkətlərini Rusiyadan çəkilməmək qərarına görə, qınayan Zelenski üç fransız şirkətinin adını çəkib.

O, Fransa prezidenti Makronun səylərindən məmnun olduğunu deyib, bununla belə Fransanın Ukraynanın ərazi bütövlüyünü daha çox dəstəkləməsini və müharibəni dayandırmasını gözlədiklərini bildirib.

Fransız şirkətlərinin Rusiyanı tərk etməli olduğunu deyən Zelenski bildirib ki, “Renault”, “Auchan” və “Leroy Merlin” Rusiyanı maliyyələşdirməyi dayandırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru