Matviyenko Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
24-03-2022, 12:35
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü mümkündür, lakin yalnız iki ölkə arasında razılaşmaların ilkin hazırlanması şərti ilə. Teref.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko CCTV-yə müsahibəsində bildirib.
"Görüş o zaman mümkün olacaq ki, Ukrayna və Rusiya tərəfləri gündəliyi razılaşdırıb, hər hansı yekun sənədi işləyib hazırlasınlar" - Matviyenko bildirib.
O əlavə edib ki, Rusiya yekun sənədlərlə belə substantiv görüş formatına hazırdır.