"NATO Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib" - Stoltenberq

24-03-2022, 21:29           
"NATO Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib" - Stoltenberq
“Bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Müttəfiqlərin çəkindiricilik və müdafiə fəaliyyətləri davam edəcək. Alyansın Şərq cinahında daha çox təyyarəmiz olacaq. Həmçinin kibertəhlükəsizliyimizi gücləndirəcəyik. Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı da çox önəmli idi” , - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru