Makrondan dünyaya XƏBƏRDARLIQ: "Görünməmiş ərzaq böhranı astanasındayıq"

25-03-2022, 08:24           
Makrondan dünyaya XƏBƏRDARLIQ:
"Dünya birliyi Ukraynada davam edən münaqişəsinin səbəb olduğu görünməmiş ərzaq böhranı astanasındadır".

Qafqaz.media TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı Fransa prezidenti Emmanuel Makron Brüsseldə G7 liderlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz indi görünməmiş ərzaq böhranına doğru gedirik", - Makron xəbərdarlıq edib.

O xatırladıb ki, Rusiya və Ukraynanın ən böyük kənd təsərrüfatı istehsalçılarıdır. Afrika və Yaxın Şərq ölkələrinin qida planında xüsusi zəiflik mövcuddur.

Fransa prezidenti həmçinin bildirib ki, Rusiya Federasiyasında işlərin davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərar Fransa şirkətlərinin özlərində qalır:

"Mənim mövqeyim şirkətlərə öz qərarlarını vermələrinə imkan verməkdir".

Makron qeyd edib ki, o, sanksiya altında olan sektorlarda fəaliyyət göstərən və ya sanksiyaya məruz qalmış tərəfdaşlarla əməkdaşlıq edən müəssisələrin Fransanın verdiyi qərarlara əməl etməsini istərdi və bu gün bütün fransız firmaları bunu edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru