“Ağlını itirmiş bu polyaklar” - Lukaşenko üçüncü dünya müharibəsi vəd edir

25-03-2022, 08:01           
“Ağlını itirmiş bu polyaklar” -
Ukraynaya Qərbin sülhməramlı kontingentinin yeridilməsi barədə Polşanın təklifini şərh edərkən Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, belə hərəkət üçüncü dünya müharibəsinə gətirərdi. BELTA ondan sitat gətirir.

«Siz ki, görürsünüz, ağlını itirmiş bu polyaklar artıq təklif edirlər… Gəlin, 100 mindən ibarət sülhməramlı güc yaradaq və onu Lvov üzərindən Ukraynaya yeridək. Siz, anlayırsınızmı, bu, üçüncü dünya müharibəsidir? Və siz fikirləşirsiniz ki, biz fağır kimi bir kənarda qalacağıq?» - Lukaşenko bəyan edib.

Belarus lideri qeyd edib ki, situasiya çox ciddi və gərgindir - Belarusu sadəcə sapoq altında əzərlər…

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Ukraynaya ordu göndərməyi planlaşdırmır. O, həm də təsdiqləyib ki, Ukraynanın NATO-ya birləşdirilməsi hələ ki, gündəlikdə deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru