Ukrayna Lukyanovkanı da azad etdi: - 40 rus hərbçisi öldürüldü, qalanı qaçdı

25-03-2022, 12:40           
Ukrayna Lukyanovkanı da azad etdi: -
Ukrayna Silahlı Qüvvələri (USQ) Kiyev yaxınlığındakı Lukyanovka şəhərini ruslardan azad edib. Teref.az-ın qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin ərazi bütövlüyünün müdafiəsinə rəhbərlik edən millət vəkili Pyotr Kuzık telemarafonun efirində bildirib.

"Kiyev ətrafında bəzi uğurlar var. Düşmən daha da sıxışdırılıb. Dünən sol sahildə Barışevka ərazisində yaşayış məntəqələrinə, məsələn, Lukyanovkaya uğurlu hücum olub. O, tamamilə azad edilib. Ora işğalçıların bir növ qalası idi. Bir neçə yüz əsgər, tank və texnika var idi. Avadanlıqlar yandırıldı, tanklar sıradan çıxarıldı, bəzi texnikalar qənimət kimi ələ keçirildi.

Təəssüf ki, yalnız 40 işğalçını məhv edə bildik, bu məlumat dəqiqdir, qalanları qaça bildi, bir hissəsi meşədə gizləndi. Ordumuz indi onları axtarır və tapdıqları yerdə məhv etməyə çalışır" - deyə Kuzık bildirib..

O, həmçinin əlavə edib ki, Ukraynada hazırda müharibədən əvvəlki dövrlə müqayisədə daha çox tank və zirehli texnika var. Bu, qənimətlərin və zədələnmiş tankların təmir edilməsi hesabına baş verib".

Bu gün yayılan digər bir məlumata görə isə, Zaporojye vilayətinin Malinovka kəndi də işğalçılardan geri alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru