"Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub" - Bayden

26-03-2022, 00:00           
"Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub" - Bayden
"Rusiyaya qarşı tarixin ən ağır sanksiyaları tətbiq olunub".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Bayden qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, martın 24-də Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri və ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaları, eləcə də Moskvanın artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yan keçmək cəhdlərini dayandırmağa hazır olduqlarını müzakirə ediblər.

“Onlar Rusiya və Belarusa iqtisadi xərclər tətbiq etmək üçün davam edən səylərini, həmçinin əlavə tədbirlər görməyə və sanksiyalardan yayınmaq cəhdlərini dayandırmağa hazır olduqlarını nəzərdən keçiriblər”, - məlumatda vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru