Avropa İttifaqının nümayəndəsi nüvə sazişini müzakirə etmək üçün İrana səfər edəcək

26-03-2022, 10:08           
Avropa İttifaqının nümayəndəsi nüvə sazişini müzakirə etmək üçün İrana səfər edəcək
Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə etmək üçün Tehrana səfər edəcək.

“Report”un xəbərinə görə, bu barədə Aİ rəsmisi tviterdə yazıb.

“Mən sabah Əli Baqeri Kəni (nüvə sazişi danışıqlarında İranın nümayəndə heyətinin rəhbəri) ilə görüşmək üçün İrana gedirəm. Vyana danışıqlarındakı son boşluqları doldurmağa çalışıram. Biz bu danışıqları tamamlamalıyıq. Çox şey risk altındadır”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru