“Bayden mənə iki şey dedi” - Kuleba görüşün təfərrüatını açıqladı

26-03-2022, 18:15           
“Bayden mənə iki şey dedi” -
Xəbər verdiyimiz kimi, bu gün Polşanın paytaxtı Varşava şəhərində ABŞ Prezidenti Co Baydenlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov arasında görüş keçirilib.

“Qafqazinfo” “RBK Ukraina”ya istinadən xəbər verir ki, Dmitri Kuleba Baydenlə görüşün təfərrüatını açıqlayıb:

“Bayden mənə iki şey dedi. Birincisi, Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək. O, bu barədə aydın anlayışa sahibdir – bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi deyil, bu, tiranlığın bütün dünyaya qarşı müharibəsidir. İkincisi isə, Bayden bildirib ki, ABŞ bizim qələbəmiz üçün bütün məsələlərdə qətiyyətlə Ukraynanın yanında olacaq, heç bir şey ABŞ-ı Ukraynadan uzaqlaşmağa və dəstəyi zəiflətməyə məcbur edə bilməz, əksinə, dəstək gücləndiriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru