Britaniya kəşfiyyatı: "Rusiya Donbasdakı Ukrayna qüvvələrini mühasirəyə almaq istəyir"

27-03-2022, 10:14           
Britaniya kəşfiyyatı:
“Rusiya qüvvələri şimalda Xarkov və cənubda Mariupoldan irəliləyərək ölkənin şərqində birbaşa separatçı bölgələrlə üz-üzə olan Ukrayna qüvvələrini mühasirəyə almağa səy göstərir”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Ukraynanın şimalındakı döyüş meydanı əsasən durğun olaraq qalır, Ukraynanın lokal əks-hücumları Rusiya qüvvələrininin yenidən təşkili cəhdlərinə mane olur”, - nazirlikdən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru