ABŞ buna görə məsuliyyət daşıyacaq - Abdullahian

27-03-2022, 11:29           
ABŞ buna görə məsuliyyət daşıyacaq - Abdullahian
ABŞ nüvə danışıqlarına son qoysa, buna görə məsuliyyət daşıyacaq. Tehran rəhbərliyi qırmızı xətlərindən əl çəkməyəcək.

Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Güclü və daimi razılaşma əldə etmədən nüvə fəaliyyətlərimizdən imtina etmək fikrində deyilik. Nüvə fəaliyyətlərimizlə bağlı narahatlığınızın aradan qaldırılmasını istəyirsinizsə, ilk növbədə bizim narahatlığımızı həll edəcəksiniz. Əgər ABŞ Prezidenti Co Bayden Donald Trampdan fərqli olduğunu sübut etmək istəyirsə, İranın bloklanmış aktivlərini azad edə və ya gəmiçiliklə bağlı sanksiyaları ləğv edə bilər", - Abdullahian bildirib.

Mənbə: sonxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru