Ərəb dünyası anlamağa başlayıb ki, biz sülh və əməkdaşlıq tərəfdarıyıq.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennett deyib.
“Yaxın Şərqin mülayim dövlətlərini bir-birinə bağlamaq üçün var olan bu əlaqələrə hamımız daha çox siyasi, iqtisadi və təhlükəsizlik məzmunu yerləşdirdik”, - deyə Bennet bildirib.
Qeyd edək ki, İsrail ABŞ, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Mərakeş xarici işlər nazirlərinin iştirakı ilə ilk dəfə keçiriləcək zirvə toplantısına ev sahibliyi edir.