Kanada Rusiyanın enerji resurslarından imtina etmiş ölkələrə dəstək verəcək

28-03-2022, 08:04           
Kanada Rusiyanın enerji resurslarından imtina etmiş ölkələrə dəstək verəcək
Kanada qaz və neft ixracını artırmağa hazırdır. Bunu Kanadanın Təbii Sərvətlər naziri Conatan Uilkinson deyib.

BBC-yə müsahibəsində nazir bildirib ki, Kanada qlobal enerji böhranının həllinə kömək etmək üçün daha çox neft, qaz və uran tədarük edə bilər.

“Bir çox ölkələr Rusiya neft və qazının bazardan sıxışdırılması üçün hər cür köməklik göstərməyə hazırdır”, - nazir qeyd edib.

O, həmçinin əlavə edib ki, ölkəsi əlavə olaraq 200 min barel neft və 100 min barel təbii qaz ixrac edəcək. Lakin bu, Rusiyaya qarşı sanksiyalara görə gələn aya qədər dünya bazarlarından kənarlaşdırılacaq gündəlik üç milyon barel neftin yalnız kiçik bir hissəsidir. (Mənbə: rbc.ua)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru