Almaniya İsraildən silah alacaq

28-03-2022, 09:08           
Almaniya İsraildən silah alacaq
Almaniya İsraildən raketdən müdafiə sistemi ala bilər.

Hazırda Berlin Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq müdafiə büdcəsinə əlavələrin necə xərclənəcəyini düşünür.

Alman mətbuatı xəbər verir ki, bütün ölkə üçün raket qalxanı ötən həftə kansler Olaf Şolts ilə Bundesverin baş müfəttişi Eberhard Zorn arasında keçirilən görüşdə müzakirə olunan mövzulardan biri olub.

Qeyd edilir ki, söhbət, xüsusilə İsrailin “Arrow 3” sisteminin alınmasından gedib.

“Biz özümüzü Rusiyadan gələn təhlükədən daha yaxşı qorumalıyıq. Bunun üçün təcili olaraq bütün Almaniyada raketdən müdafiə sisteminə ehtiyacımız var. İsrailin “Arrow 3” sistemi yaxşı bir həlldir”, - deyə ​​Sosial Demokrat partiyasının deputatı Andreas Şvarts bəyan edib.

Qeyd edək ki, ukraynada müharibənin başlamasından bir neçə gün sonra çıxış edən Olaf Şolts Almaniyanın müdafiə xərclərini kəskin şəkildə artıracağını və müdafiəyə 100 milyard avro əlavə sərmayə qoyacağını açıqlayıb.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru