Rus ordusunun Kiyevə hücumu dəf edildi – Donbasda ağır zərbə

28-03-2022, 10:16           
Rus ordusunun Kiyevə hücumu dəf edildi –
Ukrayna müdafiə qüvvələri şimal-qərbdən və şərqdən Kiyevə girməyə çalışan Rusiya qoşunlarının hücumlarının qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Topolske, Kamyanka, Suxa Kamyanka ərazilərində müdafiə döyüşləri davam edir. Ukrayna ordusu Qulyaipol və Zaporojye yaşayış məntəqələri istiqamətində rusların irəliləyişinin qarşısını effektiv şəkildə alır.

Avdeyevka istiqamətində Ukrayna qoşunları Verxnotoretske qəsəbəsi ərazisində işğalçıların hərəkətinin qarşısını alıb.

Volın və Siverski də vəziyyət Ukrayna ordusunun nəzarəti altındadır və ciddi şəkildə dəyişməyib.

Cənubda Ukrayna müdafiə qüvvələrinin əsas səyləri Krivoy Roq, Zaporojye və Nikolayev şəhərlərində müdafiə tədbirlərinin təşkilinə, dəniz sahilinin saxlanmasına, mühüm infrastrukturun qorunmasına və müdafiəsinə yönəlib. Müəyyən ərazilərdə sabitləşdirmə əməliyyatları və ərazi müdafiəsi tapşırıqları davam etdirilir.

Donetsk və Luqansk istiqamətlərində rusların 5 hücumu dəf olunub. Ruslar bu istiqamətdə ciddi canlı qüvvə və texnika itkisi veriblər.

Ukrayna Silahlı Qüvvələri ötən gün 4 təyyarə, 1 helikopter, 2 müxtəlif tipli PUA və 2 qanadlı raketi məhv edib.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru